"Bu günə qədər SOCAR Terminal, Petkim, "Star" Neft Emalı Zavodu (NEZ) və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları keçib".
ONN media xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş"nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.
O, layihənin investisiya xərcləri barədə məlumat verib: "Star" NEZ 6,3 milyard dollar, Depolama 600 milyon dollar, SOCAR Konteyner Terminalı 400 milyon dollar, Petkim özəlləşdirməsi 2 milyard 40 milyon dollar və əlavə olaraq hər il təxminən 100 milyon dollar olmaqla ümumilikdə 1 milyard dollar investisiya, TANAP 6,5 milyard dollar olub. "Star" NEZ Türkiyənin İlk Strateji İnvestisiya Təşviq Sertifikatına sahibdir. Ümumilikdə 6,3 milyard dollar olan layihənin investisiya dəyərinin 3,3 milyard dolları layihə maliyyələşdirmə krediti hesabına təmin edilmişdi. NEZ-in istismar çevikliyi, səmərəliliyi və logistika qabiliyyətini daha da inkişaf etdirmək üçün həyata keçirilən əlavə investisiyalarla birlikdə ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı gözlənilir. Hazırda "Star" NEZ-də təxminən 1150 nəfər işləyir".



“SOCAR Türkiye”də yeni təyinat oldu
SOCAR İran neftindən imtina edir – Rəsmi
Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub
Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Dünyada sərvəti 100 milyard dollar olan üçüncü şəxsin adı açıqlandı
"Forbes" dünyanın ən varlı insanının adını açıqladı - SİYAHI
Tarixi gün çatdı: Əliyevlə Ərdoğan nəhəng layihəni işə salacaqlar
Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edib - SİYAHI
Vahid Ələkbərov 17 milyard dollar itirib - Sərvəti nə qədər azaldı?
Bu ölkə Türkiyəyə 10 milyard dollar SƏRMAYƏ AYIRDI
Ələkbərovun sərvəti 5 milyard artdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 