Beynəlxalq ictimaiyyət qanunsuz miqrant axını və insan alveri məsələsində Sudana daha çox dəstək verməlidir.
ONN media xəbər verir ki, bu sözləri Sudan Prezidenti Ömər Bəşir deyib.
"Regionun sabitliyində və inkişafında Sudan etibar ediləcək partnyordur. Cənubi Sudanda sülh razılaşmasının imzalanması, Mərkəzi Afrika Respublikasında (MAR) münaqişə tərəflərinin bir araya gəlməsi ilə bağlı mühüm vəzifəni üzərimizə götürmüşük", - deyə Sudan lideri bildirib.
Qeyd edək ki, hazırda Sudanda 750 mindən çox qanunsuz miqrant var.
Hökumət insan alverinin qarşısını almaqda gücsüzdür.