Sudanda hərbi çevriliş baş verib.
ONN media xəbər verir ki, bu barədə Livanın "Əl-Mayadin" kanalı məlumat yayıb.
Kanal ordunun Prezident Ömər əl Bəşiri istefaya göndərmək üçün xüsusi iclas keçirməyə qərar verməsi haqqında məlumat yayıb. Məlumata görə, ordu tezliklə keçid dövründə ölkəni idarə etməsi üçün hərbi şuranın yaradılacağını elan edəcək. Bu keçid dövrünün 1 ilə qədər davam edəcəyi vurğulanıb.
Sudanın “Sudan Tribune” qəzeti isə artıq paytaxt Xartumda ordunun Baş Qərargahında Ömər əl Bəşirin iştirakı olmadan fövqəladə iclasın keçirilməsi barədə məlumat yayıb.
Qəzet ordu qüvvələrinin dövlət televiziyasının binasını ələ keçirdiyini və canlı yayım vasitəsilə vacib bəyanat veriləcəyini yazıb.
Küçələrdə hərbçilərin sayının artırıldığı bildirilib.
***
“Əl-Arabiya” telekanalının məlumatına görə, Sudan ordusu prezident sarayını, radio və televiziyanı nəzarətə götürüb. Dövlət başçısının cangüdənləri saxlanılıb, Sudan Prezidenti Ömər əl Bəşirin özü isə ev dustağı edilib.
“Əl-Hadath” telekanalının məlumatına görə isə hazırda Sudanda minlərlə insan Ömər əl Bəşir hakimiyyətinə son qoyulmasını bayram edir.
***
Sudan hərbçiləri ölkədə həbslərə başlayıb.
Məlumata görə, həbs olunanlar arasında Sudanın eks-müdafiə naziri Əbdürrəhim Hüseyn, Ömər əl Bəşirin şəxsi qvardiyasının üzvü, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, Ömər əl Bəşirin keçmiş müavini Əli Osman Tax yer alıb.
Bununla bərabər Xartum beynəlxalq hava limanı uçuşlar üçün qapadılıb.axar



Qırıcılar xüsusi təyinatlıların qərargahını vurdu
Sudanda vətəndaş müharibəsi davam edir
Türkiyə bu ölkədən vətəndaşlarını təxliyyə edib
Sudanda kütləvi etirazlar: bir nəfər öldü
Putinə YENİ ŞƏRT: Rusiya hərbi baza qurmaq istəyir, hökumət isə...
Ölkə işğal üçün uyğun vaxtı gözləyir
Belarus ordusu hazır vəziyyətə gətirildi
Sudanda hərbi çevriliş olub?
Qərar verildi, Türkiyə bu ölkəyə ORDU YERİDİR
Rusiya Qafqazdakı ordu bölmələrini Krıma göndərdi
Bu ölkə Türkiyəyə ada verdi
Türkiyədən Sudan bəyanatı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 