Sudan hakimiyyəti Qırmızı dəniz sahillərində Rusiya hərbi-dəniz bazasının inşasına dair razılaşmanı dəyişdirmək istəyir.
ONN media xəbər verir ki, bu barədə Rusiya mətbuatı Sudan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Sudan hakimiyyətinin yeni şərtinə görə, Moskva hərbi bazanın istismara verilməsindən sonra beş il ərzində bu ölkəyə iqtisadi yardım paketi verməlidir. Moskva bu şərti yerinə yetirərsə, rəsmi Xartum icarə müddətini 25 ilə qədər uzada bilər.
Rusiyanın bu təklifə hələ cavab vermədiyi bildirilib.
İyunda Rusiyanın Sudanda hərbi baza quracağı açıqlanıb. Söhbət Rusiya Hərbi Dəniz Qüvvələri üçün Qırmızı dənizdə bir logistika mərkəzinin inşasından gedir. Moskva və Xartum 2020-ci ildə bununla bağlı müqavilə imzalayıb.
2017-ci ildə o vaxtkı ölkə prezidenti olan Ömər əl-Bəşir rusiyalı həmkarı Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu ilə Qırmızı dənizdə belə bir bazanın inşası barədə anlaşma əldə etmişdi. 2019-cu ildə Sudanda hakimiyyət çevrilişindən sonra yeni hərbi rejim anlaşmadan imtina etsə də, ötən il bunu rəsmiləşdirən müqaviləni təsdiqləyib. Bu ilin əvvəlində isə müqavilədən imtina edib, daha sonra müəyyən şərtlər daxilində bazanın inşa edilə biləcəyini açıqlayıb. Moskvanın Xartumun yeni şərtlərinə hansı cavab verəcəyi bəlli deyil.(teleqraf.com)



Razılıq əldə olundu: Rusiya bu bölgəyə QOŞUN YERİDİR
Bu ölkə Rusiya hərbi bazasından imtina etdi
Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR
Rusiya Türkiyə sərhədində hərbi baza tikəcək
Şoyqu erməni həmkarı ilə hərbi məsələlərdən danışdı
Ordu ayağa qalxdı: prezident devrildi
Rusiya Zəngəzurda yeni hərbi baza yarada bilər
Rusiya gəmiləri “vuruldu” – Qara dənizdə HƏRƏKƏTLƏNMƏ
Türkiyə yeni hərbi dəniz bazası yaradır
Rusiya Ukrayna gəmilərinə BELƏ HÜCUM ETDİ - VİDEO
Rusiyanın hərbi gəmiləri Bakıya gəld
Ukrayna ABŞ-dan hərbi kömək istədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 