İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş verən zəlzələ və sunamidən sonra 152 min nəfərdən çox insanın dağıntılar altında qaldığı ehtimal olunur.
ONN media xəbər verir ki, bunu jurnalistlərə İndoneziyanın Xarici İşlər Nazirliyinin informasiya və KİV-lərlə iş departamentinin rəhbəri Əhməd Ramazan bildirib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 65,7 mindən çox bina dağılıb.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,5 bal gücündə zəlzələ baş verib və sonradan 360-dək afterşok qeydə alınıb. Zəlzələdən sonra İndoneziya sahilləri 5-7 metr hündürlüyündə sunaminin təsirinə məruz qalıb. Son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 1648 nəfərə çatıb, 2,5 min nəfər xəsarət alıb, 70 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb.
İndoneziya Sakit okean odlu dairəsi adlandırılan güclü tektonik qırılma zonasının bir hissəsidir. Yer kürəsinin bu rayonunda ən aktiv tektonik plitələr yerləşir. Onlardan biri ildə səkkiz santimetr sürətlə irəliləyir. Seysmoloqlar hər il burada maqnitudası 4 baldan yuxarı 6-7 min zəlzələ qeydə alırlar.
Bu regionda ən dağıdıcı zəlzələlərdən biri 2004-cü il dekabrın 28-da Sumatra adasından 160 kilometr qərbdə baş verib. Maqnitudası 9,1-9,3 bala çatan zəlzələ zamanı 1200 kilometr məsafədə tektonik plitələr hərəkətə gəlib. Hündürlüyü on metrə çatan sunami İndoneziya, Tailand, Şri-Lanka, Hindistanın cənub və Afrikanın şərq sahillərini vurub. Nəticədə, müxtəlif hesablamalara görə, 14 ölkədə 225 mindən 300 minədək insan həlak olub, 2,2 milyonda yaxın insan zərər çəkib



Zəlzələ 1900 can aldı
Çində zəlzələ nəticəsində ölənlərin sayı artdı
Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı
Zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatıb
Sunami və zəlzələ nəticəsində ölənlərin sayı 2 mini ötdü
Zəlzələ zamanı xəsarət alanlar arasında azərbaycanlı var?- Rəsmi
Zəlzələ qurbanlarının sayı 20 mini ötdü
SON DƏQİQƏ: 6,0 bal gücündə zəlzələ baş verdi
İndoneziya sahillərində GÜCLÜ ZƏLZƏLƏ
Güneydə zəlzələ zamanı 600-dən çox yaralanan olub- YENİLƏNİB
Zəlzələ qurbanlarının sayı 424 nəfər oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 