Keçmiş sevgilisi Selena Qomezin xəstəxanaya yerləşdirildiyini eşidən Castin Biber göz yaşlarına hakim ola bilməyib.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı müğənni gözlənilmədən 21 yaşlı model Heyli Bolduinlə rəsmi nikaha daxil olsa da, görünür eks-sevgilisinə qarşı hissləri hələ də qalıb. Şahidlərin sözlərinə görə, Selena Qomezin səhhətinin və psixoloji vəziyyətinin yaxşı olmadığını öyrənən C.Biberi öz maşınında ağlayan görüblər.
“Castin Selena üçün həmişə narahat olacaq. Onun üçün müğənninin səhhətində problemlər olduğunu eşitmək ağırdır. Onlar hər ikisi uzun illər ərzində öz xəstəlikləriylə mübarizə aparıb, Castin həmişə Selenanın qayğısına qalırdı. Castin istəyir ki, o, xoşbəxt və sağlam olsun”, - deyə mənbə bildirib.
Şahidlər onu da əlavə edib ki, müğənni ilə birlikdə maşında xanımı Heyli də olub və o, hönkür-hönkür ağlayan ərinə bir qədər təəccüblə baxıb.
Selenanın yaxını isə bildirib ki, vəziyyəti artıq yaxşılaşmağa doğru gedir. Bununla belə, o, təkzib etməyib ki, müğənninin depressiyaya düşüməsinin səbəblərindən biri keçmiş sevgilisinin gözlənilmədən evlənməsi olub:
“Bəli, Castinin yeni münasibətləri barədə xəbərlər eşitmək və görmək daim onun üçün asan deyil. Amma o da digər stresslərlə mübarizə aparır. Onun üçün yenidən xəstəxanaya qayıtmaq çətin idi. Depressiyanın səbəbi bir çox hadisələrdir. O bilir ki, ömrü boyu bununla üzləşməli olacaq, ancaq o mübarizə aparmağa hazırdır. Selena əzmkardır və çox tezliklə sağalacaq. O, bütün həkimlərin məsləhətlərini dinləyir, pəhriz saxlayır və lazımi hərəkətləri edir. O, gündən-günə daha da yaxşı olur,”, - deyə o, bildirib.
Məlumat üçün bildirək ki, 26 yaşlı müğənninin zehnində problem yarandığı iddia edilib. Bundan əlavə, onun psixoloji müalicə aldığı, depressiya əleyhinə həblər qəbul etdiyi məlum olub. Ötən ay Los-Ancelesdə müalicə alan sənətçidə leykoz xəstəliyinin siptomları aşkarlanıb. Keçmiş sevgilisi Castin Biberin modellə evlilik xəbərindən sonra Selenanın halı daha da pisləşib.
TMZ dərgisi yazır ki, Selena elə bir vəziyyətə gəlib ki, özünə zərər vermə, intihar, depressiya, qida qəbul etməmək, kimi hallarla rastlaşa bilər.



Selena Qomez Castin Biberə görə xəstəxanalıq oldu?
Castin Biber musiqidən getdi?
Castin Biber səhnədən gedir - SƏBƏB?
Castin Biber evləndi
Selenadan inanılmaz addım
Ayrıldıqları deyilmişdi –birlikdə görüntüləndilər
Selena Gomez nişanlandı
Onlar yenidən ayrıldılar-Səbəb isə...
Castin Biber görün kimlə evlənir
Castin Biber çəhrayı saçla geri döndü - Video
Castin Biberdən pərəstişkarlarına sevindirəcək XƏBƏR
Castin Biberdən evlilik xəbərinə CAVAB
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 