Rusiyada L-39 təlim təyyarəsi qəzaya uğrayıb.
ONN media xəbər verir ki, hadisə Krasnodar diyarı ərazisində baş verib.
Təyyarənin suya düşdüyü bildirilir.
Ərazidə xilasetmə-axtarış əməliyyatı aparılır. Qəzaya səbəb kimi texniki nasazlıq göstərilir.