Rusiyanın məşhur Xalq artisti Nikolay Karaçençov 74 yaşında vəfat edib.
ONN media Rusiya mətbuatına istinadən məlumat verir ki, bu acı xəbəri TASS agentliyinə aktyorun oğlu Andrey Karaçençov verib.
"Bəli, o, bu gün Moskvada yerləşən 62-ci xəstəxananın reanimasiyasında səhər saat 08.50 radələrində vəfat edib", - deyə Andrey bildirib.
Doğum günündən bir gün əvvəl vəfat edən aktyorun ölüm səbəbi haqqında hələ ki məlumat verilmir. Lakin məlumdur ki, oktyabrın əvvəllərində Nikolay Karaçençov ağciyər iltihablanmasından xəstəxanaya yerləşdirilmişdi.
Bundan bir il öncə aktyora ağciyər xərçəngi diaqnozu qoyulmuşdu. O, əvvəlcə Rusiyada bir neçə ay müalicə olunub, sonra isə həyat yoldaşı ilə İsrailə uçub, orada yerli həkimlər öz müsbət nəticələrini verən lazımi müalicə kursu təyin ediblər: Şiş çarpacaq dərəcədə azalıb.
Nikolay Karaçençov son bir neçə ayı vətənində kimyəvi üsulla müalicə kursu keçirdi, həmçinin ağciyər iltihabını azaltmaq üçün güclü antibiotiklər qəbul etməyə məcbur olub.
Aktyorun həyat yoldaşı Lyudmila Porqina agentliyə ərinin ölümündən danışıb: "Hazırda onun vida və dəfn mərasiminin təşkili ilə məşğuluq".
Xatırladaq ki, Karaçençov Rusiyada onlarla filmdə rol alıb. 2005-ci il fevral ayının 25-də o, avtomobil qəzasına düşüb və nəticədə beynindən ağır zədə alıb.
Sovet istehsalı olan bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçı rəğbəti qazanan Nikolay Karaçençov “Elektronikin macəraları” filmində oynadığı Uri rolu ilə daha çox tanınır.



Koronavirus məşhur aktyorun həyatına SON QOYDU
Xalq artisti VƏFAT ETDİ
Xalq artisti vəfat etdi
Xalq artisti dünyasını dəyişdi
Əməkdar artist vəfat etdi
Azərbaycan kinosuna BÖYÜK İTKİ: Xalq artisti VƏFAT ETDİ
Rusiyanın Xalq artisti vəfat etdi
Xalq artisti Ramiz Əzizbəyli VƏFAT ETDİ - SON DƏQİQƏ
Məşhur rusiyalı bəstəkar vəfat etdi - FOTO
Xalq artisti infarkt keçirdi - Vəziyyəti ağırdır
Məşhur türkiyəli aktyor vəfat etdi
İsrail prezidentinin xanımı vəfat etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 