“Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini müəyyən edə bilmir. O, anlayır ki, bu, çox incə məsələdir. Onun bəyanatları göstərir ki, problemdən uzaqlaşmaq və yerinə Qarabağı tərəf kimi təqdim etmək istəyir. Lakin bu, baş tutmayacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına Ermənistanın cəlb olunmasının dərəcəsi, eləcə də Qarabağın təhlükəsizliyində oynadığı rol o qədər böyükdür ki, Paşinyanın planı alınmayacaq”.
ONN media xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya mediasına müsahibəsində deyib.
Koçaryan qeyd edib ki, Paşinyanın istəyini nə həmsədrlər, nə də beynəlxalq cəmiyyət ciddi qəbul edəcək.
“Paşinyan münaqişə ilə bağlı mövqeyini formalaşdıranda məlum olacaq ki, bu, əvvəlki hakimiyyətin mövqeyi ilə uyğundur. Münaqişənin nizama salınması prosesindən tamamilə uzaqlaşmaq üçün manevr imkanı görünə bilər, lakin bu, o qədər də geniş deyil”, - deyə o bildirib.
Koçaryan Ermənistanın təhlükəsizliyi, müdafiə qabiliyyətinin artırılması, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə görə Rusiya ilə münasibətlərin davam etdirilməsinin vacibliyini də qeyd edib.



Koçaryan Paşinyana qarşı qaldırdığı iddianı geri götürdü
Koçaryan Paşinyanı məhkəməyə verdi
Paşinyan və Koçaryan məhkəmədə görüşəcək
Koçaryan Paşinyanı məhkəməyə verdi
Paşinyandan xalqa müraciət: Ermənistan Qarabağın əvəzinə...
Koçaryan partiya yaradır?
Paşinyan əraziləri qaytarmaq istəyir amma...
Koçaryan həbsdə qaldı - Apelyasiya məhkəməsi qərar verdi
Koçaryandan ŞOK SÖZLƏR: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ 