Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” haqqında qanuna nəzərdə tutulan düzəlişlər ikinci oxunuşda müzakirə olunub.
ONN media xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası tərəfindən hazırlanmış qanun layihəsi ilə ölkədə əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir.
Layihəyə əsasən, xarici vətəndaş Gürcüstanda bir illik müddətə yaşayış icazəsi almaq üçün 100 min dollara yaxın dəyəri olan daşınmaz əmlak almalıdır. Mövcud qanunvericiliyə əsasən, bu məbləğ ən azı 35 min dollar təşkil edir. Əcnəbi daşınmaz əmlakı satacağı və ya digər şəxsə verəcəyi təqdirdə, yaşayış icazəsi haqqında sənəddən məhrum ediləcək.
Bununla yanaşı, Gürcüstanda yaşayış izninin alınması üçün investisiyaların minimal həcmi 300 min lari əvəzinə, 300 min dollar həcmində müəyyən olunub. Yaşayış icazəsi haqqında sənəd qeyri-müəyyən müddətə deyil, yalnız 5 il müddətinə təqdim olunacaq.
Əcnəbi vətəndaşa illik dövriyyəsi lari ekvivalentində 120 min dollar təşkil edəcəyi halda da 5 illik yaşayış icazəsi verilə bilər.
Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, 2012-2016-cı illərdə Gürcüstanda 70 min əcnəbi yaşayış icazəsi alıb. Onların da 10 min nəfərini tələbələr təşkil edir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə, təxminən, 100 minə yaxın xarici vətəndaş qanunsuz yaşayır. (Report)



Gürcüstanda əcnəbilərə daimi yaşayış icazəsinin verilməsi qaydaları dəyişir
Bu şəxslərə ölkədə daimi yaşamaq icazəsi veriləcək
Gələn ilin yaşayış minimumu təsdiqləndi - MƏBLƏĞLƏR
Gələn il üçün yaşayış minimumu açıqlandı
Miqrasiya xidməti bu şəxslərlə bağlı məlumat yaydı
Gürcüstanda yeni QANUN- LGBT qadağan olundu
Milli Məclisin növbəti iclası başladı
Yaşayış minumumu artırıldı
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə mindi
Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlakın məbləği artırılıb
Sənədsiz evlər necə sığortalanır?
Tbilisidə ev almaq istəyənlərin NƏZƏRİNƏ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 