ABŞ prezidenti Donald Trampın Konqresin aralıq seçkilərindən sonra Ağ Evdə təşkil etdiyi mətbuat konfransında gərgin anlar yaşanıb.
ONN media xəbər verir ki, prezident ilə “CNN” telekanalının müxbiri Cim Akosta arasındakı mübahisə seçkidən sonra təşkil edilən toplantıya damğa vurub.
“CNN”nin onun haqqında mütəmadi olaraq mənfi rəylər və yalan xəbərlər verdiyini deyən Tramp müxbirin qaçqınlarla bağlı sualına əsəbiləşərək cavab verib: “Dürüstcə deməliyəm ki, qoy mən ölkəni idarə edim. Siz də CNN-ni işə salın. Və sən yaxşı işləsən, reytinqlər daha yüksək olacaq ", - deyə Tramp əlavə edib.
Cim Akostanın başqa sual vermək istəməsi isə Trampı özündən çıxarıb və o, kürsüdən bu sözlərlə uzaqlaşıb: “Bu qədər kifayətdir. Bu qədər kifayətdir. Məni bağışlayın, bu qədər kifayətdir”.
Jurnalistin mikrofonu yerə qoymasından sonra prezident yenidən kürsüyə yaxınlaşıb. O, “CNN”nin müxbirinə “Sən bərbad insansan, “CNN” üçün işləməməlisən” ifadələrini deyib.
Toplantıda başqa bir gərginik isə yaponiyalı jurnalistlə yaşanıb. Tramp sual verməyə başlayan jurnalistin sözünü öncə “haralısan?” deyərək kəsib, daha sonra isə “Şinzoya salam de” deyərək müxbirin çıxışına müdaxilə edib. Yaponiyalı jurnalist Trampın bu sözlərini gülüşlə qarşılayıb, prezident isə ona sualını anlamadığını deyib.



Melaniya "Trampı sevirsiniz?" sualına elə bir cavab verdi ki...
Tramp məhkəmədə uduzdu
Bu ölkələr Trampın yenidən prezident seçilməsini istəmir - ÖZÜ AÇIQLADI
Tramp qisasını almağa başladı
Tramp Ağ Evdə iftar verdi
Tramp Kim Çen Inla şəxsən danışıqlar apardığını bildirib
Tramp prezidentlikdən imtina etdi
ABŞ-da jurnalist Trampı tribunanı tərk etməyə vadar etdi - VİDEO
Bu mənim üçün qara ləkə olacaq – Tramp
Trampdan ŞOK PROQNOZ: 3 il sonra bu ölkənin sonu çatacaq
Tramp İrana təşəkkür etdi
Tramp Ukraynaya nifrət edir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 