Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan Amed kod adlı terrorçu təşkilatda yaşanan pozğunluqları açıqlayıb.
ONN media Publika-ya istinadla xəbər verir ki, Amed ifadəsində yaşadığı və şahidi olduğu dəhşətli təcavüz hadisələrindən danışıb.
2015-ci ildə 15 yaşında təşkilata qoşulduğunu deyən Amed İraqın şimalına keçmədən Dağlıca çölündə Darşin kod adlı qadına təcavüz edilməsinin şahidi olduğunu deyib.
2016-cı ildə Zap düşərgəsində qalarkən mağarada Şahan kod adlı iranlı terrorçunun təcavüzünə məruz qaldığını, bu hadisədən şikayət etməsinə baxmayaraq, bir nəticənin olmadığını bildirib. Amedin sözlərinə görə, şikayət edəndən sonra onu agent adlandırıblar, üstəlik yalan dediyini əsas gətirərək həbs ediblər.
Amed Kandildəki təşkilat başçılarının pozğun olduğunu deyərək, şahidi olduğu hadisələrdən danışıb:
“Xüsusən də, Murat Qarayılan və Duran Kalkan uşaq və qadınlara düşkündür. Ona görə də hər kəs bu adlardan nifrət edir. Təşkilat başçıları qadın və uşaqlar üstündə dava edir. Rəhbərlər onların istəklərinə boyun əyməyən uşaq və qadınları öldürür, mağaza zindanlarında müxtəlif işgəncələr verir.
Gənclər və uşaqların atışma zamanı həm daha irəli getməsi, həm də təcavüzə hazır olmaları üçün onlar narkotikdən asılı hala salınır. Təşkilatda insan və insanlığın dəyəri yoxdur. Ya əməliyyat, ya da edam nəticəsində öləcəyimi təxmin edərək təşkilatdan qaçmaq qərarı verdim”, - deyə o ifadəsində bildirib.



Tanınmış vəkildən gənc qıza qarşı İYRƏNC ƏMƏL
PKK-çı qadından inanılmaz sözlər
PKK-nın qadın terrorçusundan etiraf — “Doğulan körpəni Avropaya satdılar”
7 şagird qıza qarşı iyrənc hərəkət- Məktəbin yeməkxanasında...
Azərbaycan XİN ASALA üzvünün həbsdən azad edilməsini PİSLƏDİ
Terrorçulardan biri etiraf etdi- KİM SİFARİŞ EDİB?
Daha 4 PKK-çı təslim oldu - Türkiyə DİN
Türkiyədə mağarada keçirilən əməliyyatda jandarma əməkdaşı həlak oldu
Ərbildə türk diplomatı şəhid edən terrorçu tutuldu
Türk kəşfiyyatından daha bir uğur
Başına 1 milyon pul qoyulmuşdu, könüllə təslim oldu
Bayramov: "Vətən müharibəsində Türkiyənin tam dəstəyinin şahidi olduq”
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 