Mütləq döyüş çempionatının (UFC) qalibi, rusiyalı idmançı Həbib Nurməhəmmədov Dağıstandakı gecə klublarını bağlamağı təklif edib.
ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, təklif Mahaçqalada Milli Qvardiyanın əməkdaşının qətlindən sonra səsləndirilib.
“Həmyerlilərimə bir sualım var: bu gecə klubları bizim cəmiyyətimizə hansı xeyiri gətirir?” – o, İnstagram səhifəsində yazıb.
Başqa bir məşhur idmançı, sərbəst güləş üzrə olimpiya çempionu Əbdülrəşid Sadulayev İnstagram səhifəsində şərh yazmaqla gecə klublarının bağlanması ideyasını dəstəkləyib. Hər iki idmançının çağırışına minlərlə insan qoşulub.
Xatırladaq ki, ötən gücə Mahaçqalada Milli Qvardiyanın əməkdaşı davanın qarşısını almağa çalışarkən atışmada həlak olub. Hadisə “Best” kafesininin girişində baş verib.
“RİA-Novosti” agentliyinə məlumatlı mənbə bildirib ki, əlbəyaxa döyüş üzrə dünya çempionu Mahaçqalada bazar günü gecəsi Rusiya Milli Qvardiyasının əməkdaşının qətlində şübhəli hesab olunur.
Agentliyin həmsöhbəti qeyd edib ki, şübhəli şəxs hazırda reanimasiyadadır. Ora girişə icazə verilmədiyinə görə istintaq hərəkətlərinin keçirilməsi üçün imkan yoxdur. Mənbə həmçinin bildirib ki, polis hadisə yerindən qaçaraq gizlənən daha iki şübhəlinin şəxsiyyətini əvvəlcədən müəyyən edib.



Həbib bu addımı ilə bütün müsəlmanların qəlbini FƏTH ETDİ
Həbib açıqladı: Bu ölkədə döyüşəcəm
Ərəb şeyxlərindən Həbibə şok təklif
Konor etiraf etdi: “Həbib fenomenal döyüşçüdür”
Həbibin atası koronavirusa qalib gəldi
Həbib Nurməhəmmədov karyerasını niyə başa vurub? - ÖZÜ DANIŞDI
Həbiblə Makqreqor yenidən RİNQƏ ÇIXACAQ?
Həbib döyüşə çıxmaqdan imtina etdi
Amerikalı məşhur boksçu vəfat etdi
Nurməhəmmədov "UFC" çempionu titulunu qorudu
Olimpiya və dünya çempionu həbs edildi
Hava ilə bağlı nazirlikdən xəbərdarlıq
Bakıda iki avtobus toqquşdu- Xəsarət alan var
Şamaxıda zəlzələ oldu
Bakı nefti kəskin bahalaşdı
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı 