Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib. Atəş nəticəsində “berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralılar var.
Ukrayna Müdafiə Nazirliyinə istinadla İnfoResist saytı isə Rusiyanın Ukraynaya məxsus hər 3 gəmini artıq ələ keçirdiyini yazıb.
“İki zirehli – “Berdyansk” və “Nikopol” kateri, həmçinin “Yana Kapu” yedək gəmisi Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiyalılar bu gəmiləri yedəyə alıb aparırlar”, – məlumatda bildirilir.
Ukrayna gəmilərinin cavab atəş açıb-açmadığı bilinməsə də, bir yaralı olduğu qeyd edilib. Ukrayna hərbçiləri gəmilərdədirlər.
İnsidentin Ukrayna gəmilərinin tapşırığı yerinə yetirib, geri qayıdan zaman baş verdiyi vurğulanır.
Qeyd edək ki, bundan öncə Rusiya məlumat yayaraq, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəminin Rusiya sərhədlərini pozaraq, Kerç boğazı istiqamətində irəlilədiyini bildirmişdi.
FTX-nin Krım üzrə sərhəd xidməti bildirmişdi ki, Ukrayna gəmiləri BMT-nin Dəniz hüququna dair Konvensiyasının 2 maddəsini pozub. Ukrayna gəmiləri Rusiya tərəfinin heç bir tələbinə məhəl qoymayıb.
Ukrayna tərəfi isə hadisə ilə bağlı Rusiyanı təxribat törətməkdə ittiham edib. Rusiya gəmilərinin Ukrayna gəmilərinə qarşı təcavüzkar davranışları tənqid edilib.
“Rusiyanın sərhədçi “Sobol”, “Don”, “Manqust” və “Suzdaleç” gəmiləri açq təxribatlara yol veriblər. “Don” sərhədçi gəmisi bizim reyd gəmimizə qarşı taran edib və nəticədə gəminin əsas mühərriki sıradan çıxıb”, – rəsmi Kiyevin yaydığı bəyanatda bildirilib.
Bunun ardınca Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmilərinin təcili olaraq insidentin baş verdiyi Kerç boğazı istiqamətinə göndərildiyi bildirilmişdi.
Rusiya günorta saatlarında Krım yarımadasını materiklə birləşdirən körpünü bağlamışdı və Kerç körfəzinə qırıcılar göndərmişdi.



Ukrayna qisasını aldı
SON DƏQİQƏ: Rusiya ordusunun 2 bölüyü məhv edildi, əsgərlərlə dolu avtobus...
SON DƏQİQƏ: Ordu hazırdır- Müharibə əmri verilə bilər
Rusiya gəmiləri “vuruldu” – Qara dənizdə HƏRƏKƏTLƏNMƏ
Həlak olan rus hərbçilərin sayı AÇIQLANDI
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı: 11 min ölü...
Rusiyanın Ukraynadakı DƏHŞƏTLİ İTKİLƏRİ
Rusiyanın bu günə olan itkiləri açıqlandı
Rusiya Ukrayna müharibəsində Rusiyanın itkiləri açıqlandı
Rusiyanın itkiləri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 