Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) İrəvanda 52-ci baş assambelyasının iclasında qalmaqal yaşanıb.
ONN media “news.am”-a istinadən xəbər verir ki, 4 ölkənin nümayəndə heyəti QDİƏT PA-nın 25 illik yubiley medalını almaqdan imtina edib.
İclasda çıxış edən Ermənistan parlamentinin spikeri Ara Babloyan bütün nümayəndə heyətlərinə yubiley medalı veriləcəyini deyib. Lakin Türkiyə, Ukrayna, Gürcüstan və Azərbaycan buna qarşı çıxıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirib ki, heyətə rəhbərlik etdiyi müddət qısadır və vicdanı belə bir mükafatı almasına icazə vermir. E.Quliyev bu addımının siyasətlə bağlı olmadığını qeyd edib.
Medaldan imtina edən Gürcüstan nümayəndə heyəti məsələni müzakirə etmək istəmədiklərini bildirib.
Bundan sonra Ara Babloyan medalın təkcə nümayəndə heyəti rəhbərlərinə yox, heyətdə təmsil olunan digər üzvlərə də aid olduğunu bildirib.
QDİƏT PA-nın baş katibi Asəf Hacıyev erməni spikerə baş verənlərdən faciə düzəltməməyi tövsiyə edib.



Gürcüstan nümayəndə heyəti Ukraynaya gedir
QDİƏT PM-in 53-cü Baş Assambleyası Bakıda keçiriləcək
Ukrayna nümayəndə heyəti danışıqlar üçün artıq Belarusdadır
Türkiyə nümayəndə heyəti Rusiyaya səfər edib - MÜZAKİRƏ...
Bu ölkələr səsverməyə niyə qatılmayıb?
İraq İrana nümayəndə heyəti göndərdi- Nə baş verir?
On ölkənin deputatı Bakıya toplaşır — RƏSMİ AÇIQLAMA
Gürcü deputatlar Azərbaycana gəldi
Azərbaycan nümayəndə heyəti Özbəkistana gedəcək
Ukrayna - Rusiya danışıqları başladı
Türk Şurasının nümayəndə heyəti Ağdamda
Sahibə Qafarovanın Macarıstana rəsmi səfəri başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 