Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Kerç boğazındakı insidentin həlli ilə bağlı Ankaranın vasitəçilik imkanlarını müzakirə edib.
ONN media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, dünən Ərdoğan bu mövzu ilə bağlı Rusiya, Ukrayna və ABŞ prezidentləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
“Putinlə telefon danışığı zamanı məsələyə müxtəlif tərəflərdən, o cümlədən bizim bu problemin həllində vasitəçilik imkanlarımıza baxdıq. Biz yaranmış vəziyyətdə fəaliyyət variantlarını müzakirə etmişik”, - Ərdoğan G20 sammitində iştirak etmək üçün Argentinaya uçmazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələnin müzakirəsini G20 sammiti çərçivəsində Putin və Trampla davam etdirəcək.
Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib.
Rusiya Hərbi Dəniz Qüvvələrinin “Don” sərhədçi gəmisi Kerç boğazında Ukrayna gəmisinə çırpılıb. Bəzi məlumatlarda bildirilirdi ki, Rusiya hərbçiləri Ukrayna gəmilərinə atəş açıblar.
Ukrayna tərəfi bəyan edib ki, Rusiya üç gəmini ələ keçirib və bu addımı təcavüz aktı kimi qiymətləndirib.



Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək
Ərdoğan və Zelenski nəyi müzakirə etdi?
Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Ərdoğan və Putin taxıl sazişini müzakirə edib
Putinlə Ərdoğanın telefon danışığı oldu
Putinlə Ərdoğan bir saat danışdı
Ərdoğan və Zelenski arasında nə müzakirə olundu?
Ərdoğan və Putin arasında yenidən danışıq olacaq
Ərdoğan Zelenski ilə son vəziyyəti MÜZAKİRƏ ETDİ
Ərdoğan Zelenski ilə son vəziyyəti müzakirə etdi
Zelenski və Ərdoğan telefonla danışıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 