ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Hərbi bazanın ətrafında partlayış baş verib

SON DƏQİQƏ: Hərbi bazanın ətrafında partlayış baş verib
6-12-2018, 12:05


İranın cənub-şərqindəki Sistan və Bəlucistan ostanındakı Çabahar şəhərində hərbi bazanın ətrafında partlayış baş verib.

ONN media TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda əyalətin qubernatorun təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Hadi Maraşi bildirib.

“Bu səhər Çabaharda hərbi bazanın ətrafında partlayıcı qurğu işə salınıb. Nəticədə, 3 nəfər ölüb, 19-u yaralanıb”, - Maraşi deyib.

Onun sözlərinə görə, bomba avtomobilin içində quraşdırılmışdı.

“Al Mayadeen” telekanalı isə partlayış baş verən ərazidə atəş səslərinin eşidildiyini xəbər verib.

"Tasnim" agentliyin isə 4 nəfərin öldüyünü, xeyli sayda adamın yaralandığını bildirib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png