Ukrayna hərbi metodlara qaçmadan Krım və Donbas üzərində nəzarəti bərpa edəcək. Regionlar xüsusi siyasi-diplomatik yolla qaytarılacaq.
ONN media Publika -ya istinadən xəbər verir ki, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik bununla da Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun sözlərinə reaksiya verib. İdarədən bildiriblər ki, əslində Rusiya hücuma hazırlıq görür. Məlumata görə, Ukrayna ilə sərhədə 80 mindən çox Rusiya hərbçisi, yüzlərlə tank və “İskəndər” raket kompleksləri cəmlənib.
Daha əvvəl “Komsomolskaya Pravda” radiosunun efirində Rusiyanın xarici işlər naziri bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyayla sərhəddə təxribat hazırlayır.
O dəqiqləşdirib ki, alınmış informasiyaya əsasən, söhbət dekabrın sonuna nəzərdə tutulmuş silahlı təxribatdan gedir. Nazir qeyd edib ki, Poroşenko lazımı cavabı alacaq.
Lavrov həmçinin vurğulayıb ki, Kiyev belə addımları “Qərb kuratorları və qəyyumları ilə” uyğunlaşdırır. Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib ki, əldə edilən məlumatlara görə, Poroşenkoya kiçik intensivli döyüş hərəkətlərini dəstəkləməyi məsləhət görürlər. Lavrov qeyd edib ki, məqsəd Rusiyanı Ukraynaya hərbi təcavüzdə ittiham etmək yönündə təbliğatın aparılması üçün əsaslar yaratmaqdır.



May-iyun aylarında ya ərazilər qaytarılacaq, ya da...- SƏRT MESAJ
Rusiya Azovu işğal edib - Poroşenko
Ukrayna Rusiyadakı müvəqqəti işlər vəkilini geri çağırdı
Poroşenko Rusiya ilə danışıqların şərtini açıqladı
Ukrayna və Rusiya arasında GƏRGİNLİK ARTIR
Ukrayna ordusu Qostomeli geri aldı
Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək
Prezident MÜHARİBƏ ƏMRİ VERDİ: “Bütün silahlardan…”
Lavrov Abdullahianla danışdı: Nələr müzakirə olundu?
Ukrayna ABŞ-dan hərbi kömək istədi
Poroşenko: Donbasda hərbi vəziyyət elan edilsin!
Poroşenkoya qarşı 12-ci cinayət işi açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 