Sərhədsiz Reportyorlar Təşkilatı 2018-ci il üçün hesabat açıqlayıb.
ONN media xəbər verir ki, təşkilatın apardığı araşdırmalara görə, bu ilin yanvar-noyabr aralığında dünydana 80 jurnalist öldürülüb. 348 media təmsilçisi həbs olunub, 60 nəfər isə girovluqdadır.
İl ərzində öldürülən jurnalistlərin yarıdan çoxu 5 ölkənin payına düşür: Əfqanıstan - 15, Suriya - 11, Meksika - 9, Yəmən - 8, Hindistan - 6.
İyun ayında ABŞ-da "Capital Gazette” nəşrinin redaksiyasına edilən hücum nəticəsində də 5 nəfər jurnalistin dünyasını dəyişməsi faktı beynəlxalq təşkilatın hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, bu ilin 11 ayında öldürülən jurnalistlərin sayı 2017-ci il üzrə ölənlərin sayından çoxdur. Meksika silahlı münaqişələrin olmamasına baxmayaraq, qətlə yetirilən jurnalistlərin sayının çox olduğu tək ölkədir. Hərbi münaqişələrin olduğu bölgələrdə 2018-ci ilin 11 ayı ərzində 44 jurnalist həyatını itirib.
Hazırda dünyada 348 jurnalist həbsdədir. Ötən il bu rəqəm 326 olub. Həbsdəki jurnalistlərin yarıdan çoxu Çin, İran, Səudiyyə Ərəbistanı, Misir və Türkiyədə saxlanılır. Təkcə Çində 60 jurnalist həbsdədir.
Girovluqda olan 60 jurnalistin çoxu Suriya, İraq və Yəməndə saxlanır.



Ötən il dünyada öldürülən jurnalistlərin sayı açıqlandı
Ölkə ŞOK İÇİNDƏ - 10 -dan çox polis öldürüldü
Qəzet redaksiyasında atışma - ÖLƏNLƏR VAR
Ukraynalı jurnalistlər Gəncədə səfərdədir
Azərbaycanda bu il öldürülən qadınların sayı açıqlandı
Bu ölkədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artdı
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
Türkiyə Sİlahlı Qüvvələri 75 terrorçunu məhv etdi
Azərbaycan bu ölkədən 13,48 milyon dollarlıq şokolad aldı
Azərbaycanda boşanma ilə bağlı QORXUNC STATİSTİKA
Azərbaycan XİN rusiyalı jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verdi
Azərbaycanlılar Türkiyədə buna görə ilk onluqdadır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 