Avropa ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxamasının dünya üçün hansı neqativ nəticələrə gətirib çıxaracağını çox yaxşı bilir.
ONN media xəbər verir ki, bunu Rusiyanın AB-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Çijov "İzvestiya" qəzetinə müsahibəsində deyib. O, AB-nin bir sıra beynəlxalq məsələlərdə olduğu kimi, bu məsələdə də qətiyyət göstərmədiyini bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri artıq öz maraqlarına zidd olmasına rəğmən ABŞ-ın mövqeyini müdafiə etməyə vərdiş ediblər.