Rusiya və Çin ABŞ-ın raket sınaqlarına görə BMT-nin Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib. ONN media xəbır verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərinin müvəqqəti icraçısı Dmitri Polyanski məlumat verib. Qeyd edilir ki, növbədənkənar iclas avqustun 21-də axşam saatlarında keçirilməlidir. Qeyd edək ki, ABŞ bazar günü Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə daha əvvəl qadağan edilmiş yerüstü qeyri-nüvə qanadlı raketi sınaqdan keçirib. Pentaqonun açıqlamasına görə, raket 500 kilometrdən çox uçaraq hədəfi müvəffəqiyyətlə vurub. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi polkovnik-leytenant Robert Karverin açıqlamasına görə, sınaqdan keçirilmiş qanadlı raket “Tomaqavk” raketinin variantı idi. Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə avqustun 2-də rəsmən qüvvədən düşüb. ABŞ bildirib ki, məhz Rusiya tərəfindən pozulmasına görə müqavilədən çıxıb. Moskva isə dəfələrlə bəyan edib ki, müqavilə çərçivəsində hərəkət edir. Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi. “Tomaqavk” raketləri də müqavilə üzrə məhv edilməli idi.(publika.az)
Rusiya və Çin ABŞ-a görə hərəkətə keçdi - TƏCİLİ İCLAS



ABŞ Rusiyaya 60 gün vaxt verdi
"NATO"dan Rusiyaya ittiham
Lavrov: "Biz bunu etməliyik"
Rusiya S-500-ləri uğurla sınaqdan keçirdi
ABŞ və Rusiya arasında nə baş verir?
Generaldan Moskva barədə ŞOK ÇAĞIRIŞ
Kremldən ŞOK- ABŞ-ın cavabı veriləcək
Putin təcili iclas keçirdi
Rusiya və ABŞ bu sazişi qəsdən ləğv etdi
Rusiya "Sarmat"ı sınaqdan keçirdi
Rusiya BMT TŞ-nın təcili iclasını çağırdı – SƏBƏB?
Rusiya və ABŞ raket müqaviləsinə xitam verildiyini rəsmən açıqlayıb
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 