Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə”dən çıxış imkanını şərh edib. ONN media Publika-ya istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, bu sahədə istənilən hərəkət əks təsirlə qarşılaşacaq. “Əlbəttə, biz artıq bir neçə dəfə bildirmişik və prezident Vladimir Putin Soçidə “Valday” forumunda təsdiq etdi ki, bu sahədə istənilən hərəkət əks təsirlə qarşılaşacaq, çünki strateji sabitlik yalnız paritet əsaslarda təmin edilə bilər. Biz qlobal sabitlik üçün məsuliyyət daşıyırıq və hesab edirik ki, ABŞ da məsuliyyət üzrə öz payından imtina etməyəcək”, - nazir deyib. Lavrov nüvə razılaşmasından çəkilməyi planlaşdıran ABŞ-dan açıqlama gözlədiklərini vurğulayıb. Kremlin sözçüsü Dmitri Peskov isə müqaviləni pozan tərəfin məhz ABŞ olduğunu qeyd edib. “Müqavilədən çəkilmələri dünyanı daha təhlikəli bir yer halına gətirir. Rusiya heç bir zaman ilk hücum edən tərəf olmayacaq. Ancaq atacaqları addımlara cavab vermək məcburiyyətindəyik”, - Peskov söyləyib. Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar müqaviləyə riayət etmək niyyətində deyil. Onun sözlərinə görə, Moskva müqaviləni pozur. Xatırladaq ki, ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən “Orta və yaxınmənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə” 1987-ci ildə Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir.
Lavrov: "Biz bunu etməliyik"



ABŞ nüvə silahını evinə aparmalıdır
Rusiya XİN Lavrov-Kuleba görüşünü təsdiqlədi
ABŞ gərginliyi artmağa davam edir
Lavrovun Bakı səfəri haqda Rusiyadan rəsmi AÇIQLAMA
Lavrov Azərbaycana səfər edəcək
ABŞ və Rusiya arasında nə baş verir?
Rusiya və Çin ABŞ-a görə hərəkətə keçdi - TƏCİLİ İCLAS
Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək
Putin Lavrova niyə vəzifə verdi?
Sergey Lavrov Azərbaycana səfərə gələcək
Lavrov Paşinyanla görüşdü - SON DƏQİQƏ
Putin nüvə raketlərinin sınağına start verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 