2018-ci ilin yanvarın 1-dən etibarən İtaliya ATƏT-ə sədrlik edəcək.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, İtaliya XİN-i ölkənin ATƏT-də sədrliyinin əsas prioritetlərini açıqlayıb - Ukraynanın şərqindəki vəziyyətin Minsk razılaşmaları və danışıqların Normand formatına uyğun şəkildə nizamlanmasına tam siyasi dəstək veriləcək, Avropanın digər problemli nöqtələri olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı mövzularına xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, ATƏT-ə sədrliyin İtaliyaya həvalə edilməsinə dair qərar hələ 2016-cı ilin iyulunda 57 üzv ölkə tərəfindən yekdilliklə qəbul edilmişdi. İtaliyanın o zamankı XİN rəhbəri Paolo Centiloni İtaliya sədrliyinin əsas vəzifələrinin Ukrayna böhranı və ATƏT məkanında dondurulmuş münaqişələrin həlli, miqrant və qaçqın probleminin nizamlanması olacağını bəyan etmişdi.
İtaliya XİN rəhbəri vəzifəsində P.Centilonini əvəzləyən Ancelino Alfano həmin tezisləri dəfələrlə təkrarlayıb.



İtaliya Qarabağı prioritet elan etdi
"Həmsədrlərlə birlikdə Qarabağ münaqişəsinin həlli üçün cəhdlərimizi davam etdirəcəyik"
ATƏT sədri Azərbaycana nəvaxt gələcək?
Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib
Lavrovdan QARABAĞ AÇIQLAMASI: "İlk cəhdən olmasa da..."
Moskvada QARABAĞ MÜZAKİRƏSİ: Lavrov ATƏT-in sədrini gözləyir
Prezident İtaliya nümayəndə heyətini qəbul etdi
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Lavrovdan Qarabağ AÇIQLAMASI: "Çətin məsələdir"
Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu
ATƏT Qarabağda bundan sonra hansı rol oynayacaq? - RƏSMİ
Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 