ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 7,4 milyon barrel (1,7 faiz) azalaraq 424,5 milyon barrelə geriləyib.
ONNmedia xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 5,1 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 4,6 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 663,7 milyon barrel olub. Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 4,8 milyon barrel (2,1 faiz) artaraq 233,2 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,2 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 0,6 milyon barrel artmışdı.
Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 28 min barrel artaraq 9,78 milyon barrelə çatıb. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 27 min barrel azalaraq 7,97 milyon barrelə düşüb. ABŞ-ın xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 265 min barrel artaraq 1,47 milyon barrel təşkil edib.



ABŞ-ın vəziyyəti PİSLƏŞİR?
Fevral ayında gündəlik neft hasilatı nə qədər olub?
Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub
Azərbaycanla bağlı ABŞ-dan PROQNOZ
Ölkədə sentyabr ayı üzrə gündəlik neft hasilatı 796 min barrel olub
Ötən ay üzrə gündəlik neft hasilatı 783 min barrel olub
Nazirlik avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
İyul ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlandı
Dünya birjalarında neft ucuzlaşıb
Azərbaycanın iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib
Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
ABŞ neft ehtiyatlarını satışa çıxarır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 