Britaniyalı fizik Stiven Hokinqin sözlərinə görə, bəşəriyyət 100 il sonra qlobal istiləşmədən qaynaqlanan dözülməz hava temperaturu ilə əlaqədar məhvə düçar olacaq.
Oxu.Az-ın CNET-ə istinadən verdiyi xəbərə görə, bu barədə tanınmış alim “Sevimli məkanlar” adlı sənədli serialın ikinci fəslində danışıb.
Hokinq əmin edir ki, iqlim dəyişiklikləri bu templə davam etsə, atmosferdə temperatur dözülməz dərəcələrə qalxacaq və Yer bir növ ikinci Venera planetinə dönəcək. Adıçəkilən planetin səthində temperatur 467 dərəcə selsiyə qədər qalxa bilir, təzyiq isə yerin atmosfer təzyiqindən nə az, nə çox - 93 dəfə çoxdur. Bu göstərici yüksək təzyiqlərə davamlı olan sualtı gəmini belə dağıtmağa kifayət edir.
Bu cür hallar istixana effektinə görə meydana gəlib. Qatı bulud təbəqəsi günəşin istisini içəri buraxsa da, onun kosmosa qayıtmasına əngəl olur.
Fərziyyələrə görə, 4.5 milyard il əvvəl Venera planeti okeanlarla əhatələnsə də, günəşə yaxın məsafədə mövqe tutduğunda görə okeanlar buxarlanaraq quruyub və atmosferi su buxarı ilə zənginləşdirib. Çox aşağı miqyaslarda olsa da, oxşar proses Yer planetində də müşahidə olunur. Qlobal istiləşməyə təsir edən əsas istixana qazı karbon qazıdır.
Hokinqin fikirincə, 100 ildən sonra bizim planetdə yaşayış üçün şərait həddindən artıq pisləşəcək və artıq böyük fəlakətin qarşısını almaq mümkün olmayacaq. “Bəşər övladı” özünə kosmosda yeni məskən axtarmalı olacaq.
“Qlobal istiləşməni inkar edən kiməsə rast gəlsəniz, ona Veneraya yollanmağı tövsiyə edin. Həmin səfərin bütün xərclərini öz üzərimə götürürəm”, – deyə alim efir proqramında zarafatyana bildirib.



Məşhur fizik həyatını itirib
Virus yayıldı, ardınca yadplanetlilərin hücumu olacaq... – Planeti gözləyən DƏHŞƏTLİ GƏLƏCƏK
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Qarşıdakı 4 gündə...
Ölkə ərazisində yüksək temperatur qeydə alınır
Bu ölkələrdə 30 il sonra yaşamaq mümkün olmayacaq - SENSASİON PROQNOZ
Mayda hava necə olacaq?
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Avqustun 14-dən...
Bayram günləri Bakıda hava necə olacaq?
Noyabr ayının HAVA PROQNOZU
Son 40 il Azərbaycanın ən isti dövrüdür
Mayda hava necə olacaq? — AYLIQ PROQNOZ
İyun ayı üçün gözlənilən hava proqnozu açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 