ONN İnformasiya Agentliyi

ABŞ-da etiraz aksiyaları keçirilir

ABŞ-da etiraz aksiyaları keçirilir
21 Yanvar 2018 - 9:33

ABŞ-da on minlərlə insan prezident Donald Trampın hakimiyyətə gəlməsinin ildönümü ilə əlaqədar onun yürütdüyü siyasətə qarşı etiraz aksiyaları keçirir.

ONN media xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Etiraz aksiyaları Los Anceles, Nyu-York, Çikaqo, Denver də daxil olmaqla, onlarla şəhərdə keçirilir. Aksiya iştirakçıları Trampın yürütdüyü miqrasiya siyasətindən narazıdır. Bundan əlavə, onlar abortların maliyyələşməsinin məhdudlaşdırılmasına görə də etirazlarını bildirirlər.

Habelə cinsi zorakılığa qarşı çıxan insanlar da küçələrdə öz etirazlarını bildirir. Aksiyalara həmçinin cinsi azlıqlar və miqrantları dəstəkləyən ictimai təşkilatlar da qoşulub.

Etirazçılar ABŞ-ın federal hökumətinin fəaliyyətini müvəqqəti dayandırmasına narazılıqlarını bildiriblər. Onlar bunun səbəbkarı kimi Tramp administasıyasını ittiham ediblər. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png