ONN İnformasiya Agentliyi

ABŞ naziri İSTEFA VERƏCƏK

ABŞ naziri İSTEFA VERƏCƏK
18 Oktyabr 2019 - 22:06

Bu ilin sonunda ABŞ-ın Enerji naziri Rik Perri postundan ayrılacaq.

ONN media xəbər verir ki, bu barədə prezident Donald Tramp Enerji nazirinin istefa verəcəyi ilə bağlı iddialara cavab verərkən belə deyib. “Ağ ev” rəhbərinin sözlərinə görə, Perrinin qərarı onun üçün gözlənilməz olmayıb:

“Bunu 6 ay əvvəl bilirdim. Perri mənə bu ilin sonunda vəzifəsindən ayrılıb başqa işlə məşğul olmaq istədiyini demişdi”.

Tramp bildirib ki, yaxın günlərdə Rik Perrinin yerinə təyin olunacaq şəxsin adı açıqlanacaq.

Qeyd edək ki, Rik Perri 2017-ci ildə Enerji naziri təyin olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png