ONN İnformasiya Agentliyi

Aİ-dən Bakı və İrəvana ÇAĞIRIŞ

Aİ-dən Bakı və İrəvana ÇAĞIRIŞ
23 Noyabr 2017 - 21:51

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınmasına ümid edir.

Bu barədə Avropa Komissiyasının yüksək vəzifəli diplomatı açıqlama verib.

“Qarabağ münaqişəsi başlayan zaman Avropa Birliyinin regionda konkret siyasi strategiyası yox idi. Konkret siyasəti xəttin olmaması üzündən Avropa Birliyi münaqişənin həlli ilə bağlı tərəflərə yardım göstərə bilmir. İstərdik ki, hər iki ölkə Avropadakı münaqişə təcrübələrindən, misal üçün Almaniya-Fransa qarşıdurmasından nəticə çıxararaq konstruktiv dialoq və barışa üstünlük versin. Avropa Birliyi Cənubi Qafqazı sülh şəraitində inkişaf edən region kimi görür”- deyə o əlavə edib.

Xatırladaq ki, Avropa İttifaqının dəstəyi ilə keçirilən “Şərq Tərəfdaşlığı” sammitinə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus qatılacaq./Modern.az/

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png