ONN İnformasiya Agentliyi

Avtobus sərnişinlərini girov götürdü sonra isə… – DƏHŞƏTLİ SONLUQ

Avtobus sərnişinlərini girov götürdü sonra isə… – DƏHŞƏTLİ SONLUQ
20 Avqust 2019 - 19:43

Braziliyanın ən böyük şəhəri olan Rio-de-Janeyro şəhərində avtobus sərnişinlərini girov götürən silahlı şəxs zərərsizləşdirilib.

ONN media xəbər verir ki, sərnişin avtobusu Rio-Niteroy körpüsünün üzərində olarkən terrorçu silahını çıxararaq 37 sərnişini girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb edilib və cinayətkarla danışıqlar aparılıb. Üç saat davam edən danışıqlar nəticə verməyib və avtobusdan düşən silahlı şəxsə atəş açılıb. Yerli polisin məlumatına görə, revolver və elektroşok aləti ilə silahlanmış şəxs aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polisin yaydığı məlumata görə, silahlı şəxs avtobusu yandırmaqla hədələyib və onunla aparılan danışıqlar zamanı 6 sərnişini azad etmək mümkün olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png