ONN İnformasiya Agentliyi

Aynur Aydın Bakıya gəlir

Aynur Aydın Bakıya gəlir
27 Fevral 2018 - 11:36

Aynur Aydın Bakıya gəlir: Arzularımın ardınca getdim

Aprelin ayının 1-i Bakıda konsert verməyə hazırlaşan türkiyəli ifaçı Aynur Aydun “Hadi be” proqramına qonaq olub.

ONN media xəbər verir ki, səmimi açıqlamalar verən ifaçı məktəbdə yaxşı oxumadığını bildirib:

“Dərslərimi pis oxuyurdum. Musiqiyə bağlı idim və düşündüm ki, bunu çox yaxşı bacaracam, ona görə də arzularımın ardınca getdim”.

Qeyd edək ki, Aynur Aydın 2012-ci ildə “İşporta” mahnısı ilə ən çox dinlənilənlər sırasında yer alıb. 

Onun “12 Ways to la la la” albomunda “Eurovision 2012” qalibi Loreen müğənniyə bəkvokallıq edib. Eyni zamanda, albomda yer alan “Measure up” adlı mahnı “Virgin Radio Top 30” listinə girən ilk türk mahnısı olub.

Məlumat üçün bildirək ki, ifaçının Bakıdakı konserti “Elektra Events Hall”da baş tutacaq. O, 3500 nəfərin qarşısına tək yox, həmkarı İlyas Yalçıntaşla çıxmağa hazırlaşır.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png