ONN İnformasiya Agentliyi

Baş nazirin müşaviri güllələnərək öldürüldü

Baş nazirin müşaviri güllələnərək öldürüldü
27 May 2019 - 20:35

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində “Taliban” silahlılarının hücumu nəticəsində azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

ONN media xəbər verir ki, bu barədə yerli polis idarəsindən məlumat verilib.

Bildirilib ki, “Taliban” mayın 27-də gecə saatlarında Paktiya əyalətində nəzarət-keçid məntəqəsinə hücum edib. Nəticədə azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Bundan başqa, Əfqanıstan baş nazirinin müşaviri Nur Məhəmməd Arab Kunduz şəhərində naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb.

Hadisə nəticəsində onun mühafizəçilərindən biri də yaralanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png