ONN İnformasiya Agentliyi

Benzin daşıyan avtomobil partladı: 91 nəfər öldü

Benzin daşıyan avtomobil partladı: 91 nəfər öldü
06 Noyabr 2021 - 14:37

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində 91 nəfər həlak olub.

ONN media xəbər verir ki, paytaxt meri İvonn Aki-Savyerrin sözlərinə görə, benzin daşıyan avtomobil Bay Burex Roud yaşayış kvartalında yük avtomobili ilə toqquşub.

Yük maşını qəzaya uğradıqdan sonra sakinlər yanacaq toplamaq üçün qəza yerinə toplaşıb. Qısa müddət sonra sistern partlayıb və yanmağa başlayıb.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png