ONN İnformasiya Agentliyi

Çavuşoğlu: Bu, bizim üçün ciddi təhdiddir

Çavuşoğlu: Bu, bizim üçün ciddi təhdiddir
23 Aprel 2019 - 21:07

Suriyaya gətirilən hər silah Suriyada sabitlik üçün təhlükəlidir və terror təşkilatlarına verilən hər silah bizim üçün də ciddi bir təhdiddir.

ONN media xəbər verir ki, bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçika Baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Didye Reynders ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Bu günə qədər ABŞ ilə əlaqələrimizə mənfi təsir edən amillərdən bir ABŞ-ın YPG-yə verdiyi dəstəkdir. Xüsusilə, silah dəstəyindən söhbət gedir. ABŞ Suriyadan çəkilmə qərarı alıb. Belə görünür ki, ABŞ müəyyən sayda əsgərlərini burada qoymaq istəyir. İranın bir dəhliz yaratmasına qarşı olduqlarını söyləyirlər. Bu gün Suriyaya gətirilən hər silah Suriyada sabitlik üçün təhlükəlidir və terror təşkilatlarına verilən hər silah bizim üçün təhdiddir”, – o bildirib.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların sadəcə Türkiyəni maraqlandıran bir məsələ olmadığını deyən Çavuşoğlu istənilən sanksiyalara qarşı olduqlarını vurğulayıb.

“Sanksiyalarla bir nəticə əldə etməyin mümkün olmadığını gördük”, – türkiyəli nazir əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png