ONN İnformasiya Agentliyi

Cem Yılmazı məhkəməyə verdilər

Cem Yılmazı məhkəməyə verdilər
06 Sentyabr 2018 - 20:47

Türkiyəli professor Orxan Kural sosial şəbəkədə barəsində status yazan və paylaşım edən Cem Yılmazı məhkəməyə verib.

ONN media ölke.az -a istinadən xəbər verir ki, professor 10 min lirə (4 min manata yaxın) mənəvi təzminat tələb edib.

Orxan vəkili İzzət Dəmir ilə İstanbul məhkəməsinə gələrək şikayət ərizəsi verib.

Məlum olub ki, Orxan Cemin İngiltərədəki konsertinə 18 yaş həddi gətirilməsi ilə bağlı sosial şəbəkədə “İngiltərədə bu insanın gənclik üçün necə bir təhlükə olduğunu bizdən əvvəl başa düşüblər. Halal olsun, illərdir anlamağa çalışıram” şərhini yazıb. Cem isə cavab olaraq “Orxan bəy, sizə sizin üsul ilə təcavüz etmək istəmirəm. Amma artıq mənimlə bağlı müalicə olunmağınızın lazım olduğunu düşünürəm” yazıb.

Şikayət ərizəsinə əsasən, Cem Yılmazın bu şərhi sosial şəbəkədə professorun lağ obyekti olmasına və təhqirlərə məruz qalmasına səbəb olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png