ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ OLAY: 24 ölü, onlarla yaralı…

DƏHŞƏTLİ OLAY: 24 ölü, onlarla yaralı…
17 Fevral 2020 - 22:10

Nigerin Diffa bölgəsində nigeriyalı qaçqınlara humanitar yardımların verilməsi zamanı izdiham yaşanıb.

ONN media xəbər verir ki, hadisə zamanı azı 24 nəfər həyatını itirib. Onların əksəriyyəti qadın və uşaqlardır. Onlarla insan xəsarət alıb. Məlumata görə, Boko Haram qruplaşmasının hücumlarından qaçaraq Niger dövlətinə sığınan insanlara yardım üçün bölgəyə çox miqdarda humanitar yardım gətirilib.

Onların bölüşdürülməsi zamanı ərazidə yüzlərlə qaçqın olub. Qaçqınlar yardımın çatmayacağından ehtiyat edərək onu daha tez əldə etməyə çalışıblar. Nəticədə izdiham yaşanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png