ONN İnformasiya Agentliyi

Dəhşətli virus yayıldı: Ölənlərin sayı durmadan artır

Dəhşətli virus yayıldı: Ölənlərin sayı durmadan artır
22 Yanvar 2020 - 20:31

Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 544-ə, bu virus səbəbindən ölənlərin sayı isə 17-yə çatıb. Digər ölkələrdə isə bu virusa yoluxanların sayı 7-dir.

ONN media xəbər verir ki, bu barədə Xubey vilayətinin rəsmilərinin keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, virusun səbəb olduğu sətəlcəm xəstəliyinin ölüm hallarının hamısı vilayətin inzibati mərkəzi olan Uxan şəhərində qeydə alınıb.

Xatırladaq ki, Çin Dövlət Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu koronavirusun yeni növünün insandan-insana keçməsi faktını təsdiqləyiblər. Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da virusa yoluxma halları aşkarlanıb. Onların hamısı Çinin Uxan şəhərinə səyahət edənlərdir.

Koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png