ONN İnformasiya Agentliyi

Dünyanın taleyi ABŞ və Rusiyadan asılıdır – Putin mesaj göndərdi

Dünyanın taleyi ABŞ və Rusiyadan asılıdır – Putin mesaj göndərdi
05 Fevral 2020 - 18:24

“Regional qarşıdurmalar çoxalır, terrorizm və ifratçılıq təhdidləri artır, silaha nəzarət sistemi çökür. Qlobal iqtisadiyyat qeyri-stabil durumdadır. Dünyadakı sülh və təhlükəsizlik Rusiya ilə ABŞ arasındakı münasibətlərin vəziyyətinə bağlıdır”.

ONN media  xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Ölkəsində vəzifəyə başlayan 23 ölkənin səfirləri ilə Kremldə bir araya gələn Prezident onların etimadnaməsini qəbul edib və dünyadakı vəziyyətin təhlükəli olmasına diqqət çəkib.

Rusiya lideri ABŞ ilə silaha nəzarət, terrorizmlə mübarizə, regional böhranların həlli kimi mövzularda geniş dialoq qurmağa hazır olduqlarını dilə gətirib.

Dünyanın yeni tip koronavirus (2019-nCoV) epidemiyası ilə qarşı-qarşıya qaldığını vurğulayan Putin Çinə bu məsələdə yardımçı ola biləcəklərini qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png