ONN İnformasiya Agentliyi

Ermənistan çalxalanacaq – Deputatlar xalqı küçələrə çıxmağa çağırdı

Ermənistan çalxalanacaq – Deputatlar xalqı küçələrə çıxmağa çağırdı
15 Yanvar 2018 - 21:44

Ermənistan parlamentində “Elk” fraksiyasının deputatları insanları bahalaşmaya qarşı küçəyə çıxmağa və hökuməti Vergilər Məcəlləsinə dəyişikliyə məcbur etməyə çağırıb.

ONN media-nın erməni KİV-lərinə istinadən məlumatına görə, parlamentin iclası zamanı deputatlar ölkədə yaranan vəziyyətlə əlaqədar hakim partiyanı təqsirləndirib: “Elə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti yalnız indi bahalaşma haqqında öyrənib və bunun qarşısını almağa çalışır. Amma biz bütün 2017-ci il boyunca xəbərdarlıq edirdik ki, yanvar ayından yeni Vergi məcəlləsi qüvvəyə minəcək və bahalaşma qaçılmazdır. Siz sıxılmış qazın qiymətini üç dəfə qaldıranda bilmirdiniz ki, bunun böyük təsiri olacaq?”

Deputat Edmon Marukyan vurğulayıb ki, parlament artıq tükəndiyi üçün insanları küçələrə çıxmağa çağırır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png