ONN İnformasiya Agentliyi

Film kimi CİNAYƏT: bunu edib yarım milyon apardılar

Film kimi CİNAYƏT: bunu edib yarım milyon apardılar
22 Sentyabr 2020 - 20:52

Kutaisidə mikromaliyyə şirkətlərinin birindən yarım milyon lariyə yaxın pul oğurlanıb.

ONN media  xəbər verir ki, bu barədə “Mtavari Arkhi” kanalı məlumat yayıb.

Bildirilib ki, 2 gün bundan əvvəl Kutaisidə mikromaliyyə şirkətindən bir seyf oğurlanıb. Oğurlanan seyfdə yarım milyona qədər lari və qiymətli əşyalar olub.

Oğurluq edən şəxslər binanın zirzəmisindən döşəməni kəsərək binaya daxil olublar.

Mikro maliyyə təşkilatı “Intellexpress” in vəkilinin sözlərinə görə, hadisə zamanı siqnalizasiya işə düşüb, təhlükəsizlik polisi hadisə yerinə gəlib, lakin binaya daxil olmayıb geri qayıdıb, bu vaxt oğrular binada olub və daha sonra hadisə yerini tərk ediblər.

Faktla bağlı, oğurluğu nəzərdə tutan 177-ci maddə ilə istintaq başladılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png