ONN İnformasiya Agentliyi

Gürcüstanda daha bir İSTEFA

Gürcüstanda daha bir İSTEFA
24 Fevral 2021 - 21:47

Gürcüstanın hökumət administrasiyasının rəhbəri Kaxaber Kemoklidze istefa verib.

ONN media  xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

K.Kemoklidze keçmiş baş nazir Giorgi Qaxariyaya minnətdarlıq edib, yeni baş nazir İrakli Qaribaşviliyə isə uğurlar diləyib.

O, Gürcüstanın gücünün yalnız birlikdə olduğunu qeyd edib.

“Mən müvəqqəti sağollaşıram. Yenidən görüşəcəyik!”, – Kaxaber Kemoklidze yazıb.

Qeyd edək ki, K.Kemoklidze bu ilin 4 fevralında hökumət administrasiyasının rəhbəri təyin olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png