ONN İnformasiya Agentliyi

Həsən Ruhani Bəşər Əsədə “təsəlli” verdi

Həsən Ruhani Bəşər Əsədə “təsəlli” verdi
25 Noyabr 2017 - 23:56

İran prezidenti Həsən Ruhani Suriyanın diktator prezidenti Bəşər Əsədlə telefonla danışıb.

ONN media xəbər verir ki, bu barədə Ruhaninin mətbuat xidməti məlumat yayıb. Verilən məlumata görə, danışıq zamanı Ruhani Soçidə keçirilən Rusiya, İran və Türkiyə prezidentlərinin Suriya üzrə görüşün yekunlarını müsbət qiymətləndirib.

“İran terrorla mübarizədə həmişə Suriya xalqı və hökumətinin yanında olacaq. Tehran Suriyanın bərpasında fəal iştirak etməyə hazırdır. Soçidə Suriya ilə bağlı keçirilən görüş uğurla yekunlaşıb. Bu görüş Suriyanın gələcək taleyi üçün xüsusi əhəmiyyət kəsb edir”, – deyə məlumatda bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png