ONN İnformasiya Agentliyi

İçində güllə olan məktub – Federasiya prezidenti HƏDƏLƏNDİ

İçində güllə olan məktub – Federasiya prezidenti HƏDƏLƏNDİ
30 Dekabr 2017 - 7:31

Yunanıstan Futbol federasiyasının prezidenti hədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə Frans Press Agentliyi xəbər yayıb.

Hadisə həftənin cümə axşamı günü baş verib. Vangelos Qrammenosun iş otağına gələn zərfin içində 3 səhifəlik məktub və 9 mm çapında güllə olub. Həmin vaxt prezident özü işdə olmadığı üçün zərfi onun köməkçisi açıb.

Federasiyadan bu gün verilən bəyanatda hadisə terror kimi qiymətləndirilib və bildirilib ki, bu hal onlarda qətiyyən qorxu və həyəcan hissi yaratmayıb. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıblar.

Qeyd edək ki, Qrammenos 2017-ci ilin avqustunda bu posta seçilib və 2020-ci ilə kimi vəzifə başında olacaq.

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png