ONN İnformasiya Agentliyi

İrəvan dövlətinin bayrağı qəbul edildi

İrəvan dövlətinin bayrağı qəbul edildi
04 İyul 2020 - 22:32

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir.

ONN media xəbər verir ki, bu barədə məlumatı Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli qeyd edib.

O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib.

“4 iyul – Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, – deyə o qeyd edib.

Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib.

Artıq mühacir hökumət də formalaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png