ONN İnformasiya Agentliyi

İrəvan Hindistandan yeni raket kompleksi alır

İrəvan Hindistandan yeni raket kompleksi alır
13 Yanvar 2023 - 15:32

Ermənistan Hindistanın orta mənzilli MRSAM zenit-raket komplekslərinin alınmasını nəzərdən keçirir.

ONN media xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Məlumata görə, İrəvan bununla öz arsenalında olan sovet istehsalı S-125 “Peçora” hava hücumundan müdafiə sistemlərini əvəz etmək istəyir.

Bildirilib ki, Ermənistan tərəfi bu sistemlərin alınması ilə bağlı sorğu göndərib, Hindistan da öz növbəsində öz istehsalı olan “Akash” və “Akash-NG” sistemlərini təklif edib.

“Məsələ burasındadır ki, MRSAM hava hücumundan müdafiə sistemləri Hindistanda istehsal olunsa da, bəzi texnologiyaları İsraildən alınıb. Amma Yeni Dehli bu silahların ixracı ilə bağlı heç bir məhdudiyyətə malik deyil. Bu sövdələşmə onunla əlamətdar olacaq ki, Ermənistanın əsas rəqibi olan Azərbaycan da İsrailin təchizatından asılıdır. Bakı “Barak-8” hava hücumundan müdafiə sistemləri ilə silahlanıb”, – məlumatda qeyd olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png