ONN İnformasiya Agentliyi

İrəvan niyə qaranlığa qərq oldu?

İrəvan niyə qaranlığa qərq oldu?
04 İyul 2022 - 11:17

Bu gün səhər saatlarında İrəvanın böyük bir hissəsi işıqsız qalıb.

ONN media xəbər verir ki, işıqların sönməsinə səbəb aparılan təmir işləri olsa da, sakinlər bunu narazılıqla qarşılayıblar.

İrəvan sakinləri aidiyyatı qurumların əvvəlcədən əhalini xəbərdar etməməsindən gileyləniblər.

Hətta bəzi dövlət qurumlarının binalarına da elektrik enerjisinin verilməsi dayandırılıb. Ermənistan müdafiə nazirliyinin “Avtomatika” Zavodunun işıqları da sönüb.

Məlumata görə, maliyyə və mədəniyyət nazirliklərinin bir sıra inzibati binalarına da elektrik enerjisinin nəqlində fasilə yaranıb.

İrəvanda kafe və restoranların fəaliyyəti də işıqların sönməsinə görə iflic vəziyyətinə düşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png