ONN İnformasiya Agentliyi

İranda etirazlar davam edir: helikopterdən atəş açıldı

İranda etirazlar davam edir: helikopterdən atəş açıldı
20 Noyabr 2019 - 19:24

İranın Şiraz şəhərində etiraz aksiyasını nəzarət altına almaq məqsədilə hökumət qüvvələrinin göndərdiyi helikopterin etirazçıları atəşə tutmasının görüntüləri yayılıb.

ONN media xəbər verir ki, bununla bağlı video Tvitter sosial şəbəkəsində paylaşılıb.

Videoda etirazçıların şüarlar səsləndirdiyi, helikopterdən isə atəş açıldığı görünür.

Xatırladaq ki, “Amnesti İnternəşnl” təşkilatı İranda benzinin qiymətinin qalxması ilə bağlı təşkil olunan etiraz aksiyaları nəticəsində öldürülənlərin sayının 106 nəfər olduğu barədə məlumat yayıb.

Təşkilat bu rəqəmin hətta 200-dən çox olduğu haqda da təqdiqlənməmiş informasiyalar olduğunu bildirib.

Qeyd edilib ki, binaların damına yerləşdirilmiş snayperlər etirazçılara atəş açaraq, onları qətlə yetiriblər. Şirazda isə helikopterdən açılan atəş nəticəsində 20 nəfərin öldüyü iddia edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png