ONN media

İranın vurduğu təyyarə ilə bağlı kritik gəlişmə – HƏBSLƏR BAŞLADI

İranın vurduğu təyyarə ilə bağlı kritik gəlişmə – HƏBSLƏR BAŞLADI
14 Yanvar 2020 - 13:08

“Bu, bağışlanmaz xətadır. Təyyarənin vurulmasından bir ölkə məsuliyyətli ola bilməz”.

ONN media xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani ötən həftə Tehranda raketlə vurulan sərnişin təyyarəsi haqqında danışarkən deyib.

Prezident bildirib ki, insanlara bu xətanın təkrarlanmamasının təminatını verməlidirlər.

Bu arada, İranlı rəsmi Qulam Hüseyn İsmaili Ukrayna təyyarəsinin vurulmasında məsul olan bəzi şəxslərin saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, Tehrandan Kiyevə getmək üzrə havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi İranın hava hücumundan müdafiə kompleksləri tərəfindən vurulmuşdu. Nəticədə 176 nəfər həlak olmuşdu. Onlardan 82-i iranlı, 63-ü kanadalı, 11-i ukraynalı, 10-u isveçli, 4-ü əfqan, 3-ü alman, 3-ü isə ingilis olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png