ONN İnformasiya Agentliyi

İsraildə yenidən etiraz aksiyası keçirilib

İsraildə yenidən etiraz aksiyası keçirilib
02 Aprel 2023 - 10:17

İsrail müxalifəti Baş nazir Binyamin Netanyahunun layihənin təsdiqini ən azı yaya qədər dayandırmaq qərarına baxmayaraq, axşam saatlarında məhkəmə islahatına qarşı yenidən kütləvi etiraz aksiyaları təşkil edib.

ONN media xəbər verir ki, ən böyük nümayiş ötən həftələrdə olduğu kimi Təl-Əvivdə keçirilib.

Nümayişçilər öncə şəhərin mərkəzi bulvarları boyu məşəl və pirotexniki vasitələrlə böyük yürüş keçirib, burada hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər. Minlərlə etirazçı “İsrail diktatura deyil”, “Demokratiya ya üsyan” şüarları səsləndiriblər. Yürüş şəhərin şərqində hökumət binaları kompleksinin yaxınlığında başa çatıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png