ONN İnformasiya Agentliyi

Kaftarlarda COVID-19 aşkarlandı

Kaftarlarda COVID-19 aşkarlandı
07 Noyabr 2021 - 1:44

ABŞ-ın Kolorado ştatının Denver şəhərindəki zooparkda yaşayan kaftarlarda ilk dəfə yeni növ koronavirus (COVID-19) aşkarlanıb.

Zooparkdakı heyvanlardan nümunələr götürülüb və müayinə ediliblər.

Müayinələrdən sonra zooparkda olan 2 kaftar, 11 şir və 2 pələngə COVID-19 diaqnozu qoyulub və bunun hiyenlər üçün bir ilk olduğu vurğulanıb.

Qarayara, quduzluq kimi xəstəliklərə qarşı çox davamlı olan kaftarların COVID-19-a ən qısa zamanda qalib gələcəyi ümid edilir.

Zooparkda bundan öncə COVID-19-a tutulmuş digər heyvanların tam sağaldığı bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png