ONN MEDİA

“Keşikçidağ” məbədi ətrafinda baş verənlər təxribatdır?

“Keşikçidağ” məbədi ətrafinda baş verənlər təxribatdır?
16 İyul 2019 - 12:15

“1989-cu ildə Qarabağda “Topxana” meşəsini ermənilər zəbt edəndə provokasiyadı, təxribatdı deyildi. Onda da erməniləri Rusiya təhrik edirdi, ekstremistlər vasitəsi ilə “Topxana” ətrafında məsləni qızışdırırdılar. Azərbaycanlıları prosesdən uzaqlaşdırmağa çalışdılar. 

Oradakı azərbaycanlılardan ov tüfənglərini yığdılar ki, ermənilərə qarşı təxribata getməyin. Həmin təxribat 20% torpaqlarımızın işğalına gətirdi və hələ də bu təxribat cəbhə xəttində davam edir. Bu təxribatlar nəticəsində 40 minə yaxın şəhidimiz, bir milyon qaçqınımız var”.

ONN media xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

“Gürcüstanla sərhəddə eyni analoji hal davam edir. Eyni ssenaridi, ruslar gürcü ekstremistləri “Keşişçidağ”a göndərib təxribat edirlər. Bizə də bu təxribata getməyin deyilir. Nəticədə görəcəyik ki, Borçalıdan azərbaycanlıların kütləvi köçü baş verib, gürcülər oradakı azərbyacanlı kəndlərə hücümlar təşkil edir. Yenə də təxribata getməyək deyiləcək.

Cənubi Qafqazda yeni ssenari hazırlanır. 90-cı illərin əvvələrində bizi ermənilərlərlə üz-üzə qoydular. Ssenari baş tutdu. İndi isə Kreml bizi gürcülərlə üz-üzə qoyur. Prosesdə erməni barmağı da var. Bu təxribat deyil, bu böyük saraylarda işlənmiş xalqımıza və dövlətimizə qarşı çox məkrli plandı. 

Mütləq şəkildə provokatorlar güllələnməli, ərazilərimiz müdafiə olunmalıdır. Yoxsa, belə getsə “Keşikçidağ” məlum qüvvələr tərəfindən Gürcüstana güzəştə gediləcək. Bundan sonra Gürcülər Zaqatala və Qaxa birləşdirilməsi üçün kütləvi sərhəddə axın edəcəklər. Çünki Gürcüstanda Zaqatala və Qaxa qarşı ərazi iddialr irəli sürülür. Gürcüstanda B.İvanişvili partiyası Rusiya layihəsidir və regionda Rusiya maraqlarını müdafiə edir.

Xalqımız ayıq-sayıq olmalı “Keşikçidağ” ətrafında xalıqmıza qarşı bu məkrli planın qarşısını xalq olaraq almalıyıq. Görünür rəsmi Bakının bu məslələr ətrafında manipulyasiya siyasəti var. Proseslərdə bir o qədər maraqlı görünmür. Ona görə də gürcü ekstremistlər əsgərimizin silahını alaraq özlərinə qarşı hər hansı bir güc tətbiq olunmamasından arxayın idilər. Hesab edirəm ki, ölkə daxilində Rusiyaya bağlı “5-ci kolon”da bu proseslərə dəstək verir.

Gürcüstan prezidenti S.Zurabişvili birbaşa bu provokasiyanın təşkilatçısıdır və rus-erməni lobbisinin və Kremlin geosiyasi maraqları konteksində Azərbaycana qarşı siyasət həyata keçirir. Rəsmi Bakı Gürcüstan daxilində siyasətini artırmalı, Saakaşvili qüvvələrinə diqqət etməli və dəstək verməlidir”. Turkustan.info

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png